Mayın 31-dən Metropolitenin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib
Martın 27-si Azərbaycanda “Elm günü”dür

Mayın 31-dən Bakı Metropoliteninin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Şahmar Mövsümov, həmçinin deyib ki, iyunun 10-dan müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq.