MDB PA-dan olan müşahidəçilər qrupu Azərbaycan Prezidenti seçkilərinin monitorinqində iştirak edəcək

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Qarabağ regional ədliyyə idarəsi təsis olundu
AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya MDB PA-dan olan müşahidəçilər qrupunun 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlığı və keçirilməsinin gedişi ilə bağlı monitorinqdə iştirak etməsi üçün dəvətnamə göndərib.

Bu barədə AZƏRTAC-a MDB Parlamentlərarası Assambleyanın mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Oqtay Əsədov öz məktubunda Azərbaycan Respublikasının MDB Parlamentlərarası Assambleya ilə hərtərəfli, o cümlədən seçkilərin və referendumların müşahidəsi sahəsində əlaqələrin inkişafına və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini xüsusilə qeyd edib.

Parlamentlərarası Assambleya MDB PA iştirakçı-ölkələrin parlamentarilərindən, həmçinin MDB PA Şurası Katibliyinin əməkdaşlarından və Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına riayət olunması üzrə Beynəlxalq Monitorinq İnstitutunun (MDB PA DİMBİ) ekspertlərindən ibarət müşahidə qrupunu yaradıb Azərbaycan Respublikasına göndərəcək.

MDB PA DİMBİ-nin ekspertləri və DİMBİ-nin Bakı filialının əməkdaşları uzunmüddətli monitorinq mərhələsində Azərbaycan Respublikası seçki qanunvericiliyinin beynəlxalq seçki standartlarına uyğunluğunu təhlil edəcək, həmçinin Azərbaycan Respublikası Prezidenti seçkilərinin gedişində elektoral prosesləri və qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətini xarakterizə edən informasiya materiallarının toplanmasını və ekspert dəyərləndirilməsini həyata keçirəcək.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva