Media Reyestrində fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq işləniləcək

Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, 3 yeni müavin təyin olunub – SİYAHI
Məşhur Bakı milyonçusu haqqında serial çəkiləcək
Türkiyə mətbuatı: Azərbaycan bir daha qardaşlığını nümayiş etdirdi

Fərdi məlumatların Media Reyestrində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu müddəa “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalar “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.6-cı maddəsinə uyğun olaraq hazırlanıb və Media Reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Media Reyestrinin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, arxivləşdirilməsi və bu Qaydalarla tənzimlənməyən məsələlər “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə tənzimlənir.

AZƏRTAC