Metropoliten nümayəndəsi: “İndiki məqamda COVID pasportunu yoxlamaq qeyri mümkündür”

Stiven Kalonzo Musyoka: Azərbaycanda seçkiqabağı mühit heyranedici dərəcədə sakitdir
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib

“İndiki məqamda sərnişinlərdən COVID pasportunu yoxlamaq qeyri mümkün olar”.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəssisələrində bu sənədin yoxlanılması səbəbindən metropolitendə COVID pasportunun yoxlanılmasına ehtiyac qalmır: “Bildiyiniz kimi, bu gündən etibarən həm ali təhsil müəssisələrində, həm də orta məktəblərdə tələbələr və şagirdlər fəaliyyətə başlayıblar. Bununla bağlı sərnişin axınında bu gün nisbətən artım müşahidə olunur. Sərnişinlərdən xahiş olunur ki, stansiyalara daxil olarkən tibbi maskalardan istifadə etsinlər, platforma boyunca səpələnməyə riayət etsinlər, digər sərnişinlərə narahatçılıq yaranmasın deyə, qatarların qapılarını saxlamasınlar”.

APA