Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonasının 70 hektarı minalardan təmizlənib”

“Dövlət xidmətləri haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib
Ombudsman Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb
Xankəndidə “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoq keçirilir

Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zona”sı Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə, bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 4-ü Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası”nın təməlini qoyub.

Report