az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Azərbaycan
İQTİSADİYYAT
Mikayıl Cabbarov: “Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var”
APA
Türkiyənin Milli Müdafiə Naziri Ermənistan rəhbərliyinə müraciət edib
İlham Əliyev. Azərbaycanı inamla irəli aparan Prezident
Gələn həftədən Bakıda küçə sənətçisi kimi işləmək istəyənlərin seçiminə başlanacaq
Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var.
“APA-Economics” “Prime”a istinadən xəbər verir ki, bunu Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sualı cavablandıran nazir izah edib ki, Avropa ilə yanaşı, Azərbaycan həmçinin, Gürcüstan və Türkiyə üçün əsas təchizatçılardan biridir.
“Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. Həcmi (keçirmə qabiliyyəti) hazırda qeyd etdiyinizdən (20 milyard kubmetr) çoxdur. Qeyd olunan rəqəm yalnız Avropa bazarına çatan həcmdir. İkinci sual ondan ibarətdir ki, bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var”, – deyə, Mikayıl Cabbarov bildirib.
Nazir enerji resurslarını bugünkü ən böyük dilemma adlandırıb.
“Hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur, bizdə bunlar var və biz bazarı təmin etməyə çalışırıq… Xəzər qazının və Azərbaycan qazının əhəmiyyəti diqqətdən kənarda qalmayan məsələdir”, – nazir əlavə edib.
Mikayıl Cabbarovun sözlərinə görə, Transxəzər dəhlizinin açılması Çindən Qərbə və əks istiqamətdə həm enerji, həm də yük daşımalarının həyata keçirilməsində böyük rol oynayacaq. Bununla bağlı, o, qonşu dövlətlərlə artıq müvafiq birgə investisiya layihələrinin hazırlandığını vurğulayıb.
APA
Newer Post
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
Older Post
Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter