Mikayıl Cabbarov: “Sənaye zonalarına əlavə 370 mln manatdan çox investisiya yatırılacaq “

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı olub
BMT-nin Baş katibi Antoniu Quterreş qurumun Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq
Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 7 sənaye parkı yaradılıb – Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı , Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı və Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı.

Report