Millət vəkili Müslüm Məmmədov Kürdəmirdə seçicilərlə görüşüb

Milli Məclis Prezidentə və xalqa müraciət edib
Muxtar respublikada keçirilən seçki prosesini dünyanın hər yerindən onlayn izləmək mümkündür
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir

Milli Məclisin deputatı Müslüm Məmmədov iyun ayının 28-də Kürdəmir şəhərindəki ofisində seçiciləri ilə növbəti görüş keçirib. Millət vəkili qəbula yazılmış 30-a yaxın Kürdəmir sakininin müraciət və şikayətlərini dinləyib.

Görüşdən sonra millət vəkili Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovla görüşərək, vətəndaşların qaldırdığı məsələləri onunla müzakirə edib. Millət vəkili daha sonra Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü Əbu Bəkr İsmayılovun ailəsinə də baş çəkib.