Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
Təhsil naziri Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı brifinq keçirib
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
Mayın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Araz Supermarket” Dövlət Xidmətinin qəbul etdiyi qərar barədə açıqlama verib
Təqdim olunan qanun layihəsi barədə danışan komitə sədri qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif olunub. O, dəyişikliklərin qanunun təkmilləşdirilməsinə yönəldiyini söyləyək bildirib ki, qanunun preambulasına edilən dəyişiklik onun tətbiq sahəsini xeyli genişləndirir və Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkan yaradır.
Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib.
Bildirib ki, qanuna təklif olunan dəyişikliklər bir neçə zərurətdən irəli gəlib. Belə ki, sənəddə “Sığorta haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar təkmilləşdirmə xarakterli düzəlişlər, habelə məlumat mənbələrinin genişləndirilməsi, elektron resurslar üzərindən əməliyyatların aparılmasına imkan verən bazanın yaradılması və bəzi dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər nəzərdə tutulub.

Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması, “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” anlayışının “sığortaçı” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub. Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.
Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur. Həmçinin, qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil.
Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur. Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.
Qanun layihəsi ətrafında gedən müzakirələrdə sıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Aqil Məmmədov, Arzu Nağıyev təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, sənədi əhalinin sosial müdafiəsi istiqamətində ölkədə həyata keçirilən islahatların bir hissəsi kimi qiymətləndiriblər. Millət vəkilləri bir sıra qeyd və təkliflərini də diqqətə çatdırıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov səsləndirilən fikirlərə münasibət bildirib, deputatların suallarını cavablandırıb, qeyd olunan bəzi məqamlara aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, İlham Məmmədov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Mətin Əsgər iştirak ediblər.

APA