Milli Məclisin növbəti iclası keçirilir

Azərbaycanın regionları ilə tanışlığa başlamaq üçün 6 muzey
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Noyabrın 20-də Milli Məclisin növbəti iclası keçirilir.

İclasın gündəliyinə 13 məsələ daxil edilib.

Milli Məclisin üzvləri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə), “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” (birinci oxunuş), “Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında”, “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini müzakirə edəcəklər.

Deputatlar həmçinin Meşə, Torpaq və Mülki məcəllələrdə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş), Əmək Məcəlləsində və Ailə Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş), “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrinə səs verəcəklər.

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin müzakirəsi də iclasın gündəliyində yer alıb.

AZƏRTAC