Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynaya səfər edəcək
Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb
ÜST: Qlobal vaksinasiya hədəflərinə nail olunmayıb

Azərbaycan Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

İşlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Hərbi qulluqçuların statusu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanun layihələridir.

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Report