Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib

İşaxtaran şəxslərin əmək bazarına çıxışının daha çevik olması üçün “Məşğulluq xəritəsi” hazırlanır
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

On beş maddədən ibarət Qanuna əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

AZƏRTAC