Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib

AVCİYA referendumla bağlı aralıq hesabatını açıqlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 09 fevral 2020-ci tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı İlkin Rəyi
1905.az portalının Diskussiya Klubunda “Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan, 2011-2013-cü illərdə keçirilmiş bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib. 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq yazıçısı Musa Yaqub müsabiqənin təşkilinin gənclərə şairin yaradıcılığının təbliğində önəmli rol oynadığını deyib: “Sevinirəm ki, şairin şerlərinin və yaradıcılığının təbliği üçün silsilə olaraq qiraət müsabiqəsi təşkil olunub. Müsabiqə bədii qiraət sahəsində irəliləyişlərə kömək edəcək və Azərbaycanda bu gün az olan bədii qiraətçilərin sayını artıracaq”.

Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyətlər bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi yeri olduğunu deyib. Onun sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir.

Tədbirin sonunda müsabiqə qaliblərinin çıxışları olub. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabirin yaradıcılığının tədris prosesində təbliğinə metodik dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirmək olub.