Moldova 2026-cı ildə Azərbaycanla siyasi məsləhətləşmələrin yeni raundunu keçirməyi ümid edir

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib
Bakıda “SAP Discovery Day Baku” forumu keçirilir
AVCİYA-nın eksperti professor Asif Hacıyev nüfuzlu beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib

Moldova və Azərbaycan 2026-cı ildə siyasi məsləhətləşmələrin yeni raundunu keçirə bilər.

Bu barədə “Report”a Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

“Bu ilin aprelində iki ölkə arasında məhsuldar ikitərəfli dialoq oldu ki, bunun da əsas elementi ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclasının keçirilməsi idi. Ümid edirik ki, bu görüşlərin növbəti raundu gələn il də baş tutacaq”, – diplomat qeyd edib.

O ümid edir ki, yaxın zamanlarda yüksək səviyyəli səfərləri təşkil etmək mümkün olacaq: “Lakin konkret təfərrüatları hələlik açıqlaya bilmərəm. Nazirlər səviyyəsində səfərlərə gəlincə, hesab edirəm ki, Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə növbəti iclas çərçivəsində, eləcə də ölkəniz tərəfindən təşkil ediləcək digər beynəlxalq tədbirlərdə Moldovanın siyasətçiləri və nümayəndələri, o cümlədən digər yüksək vəzifəli rəsmilərinin iştirakı mümkündür”.

Report