Moskvada dahi musiqiçi və bəstəkar Müslüm Maqomayevin xatirəsi yad olunub.
Görkəmli musiqiçinin Rusiya paytaxtının mərkəzində, Azərbaycan səfirliyinin yaxınlığındakı abidəsi önünə Rusiya ictimaiyyətinin nümayəndələri, müğənninin pərəstişkarları, dostları və yaxınları toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya xatirələrini bölüşüb. O qeyd edib ki, Müslüm Maqomayevin vəfatından 10 il keçməsinə baxmayaraq, sevənləri hələ də onu ehtiramla anırlar. Onun xatirə günündə Azərbaycan musiqi xadimləri, gənclər, M.Maqomayev adına musiqi məktəbinin yetirmələri Bakıda Fəxri Xiyabana gəlir, məzarı önünə gül dəstələri düzürlər.
Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri
Moskva