Müdafiə Nazirliyinin nümayəndəsi ordu quruculuğu sahəsində yerinə yetirilən tapşırıqlarla bağlı çıxış edib

Report

Azərbaycanda yeraltı və yerüstü suların elektron coğrafi xəritəsinin hazırlanması nəzərdə tutulub
Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş keçirilib
AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı
“Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Əlahiddə Ümumqoşun Ordunun qüvvələrinin cəlb edilməsi ilə yeni texnologiyadan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib”.
“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.
“Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qaxaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən müxtəlif təyinatlı beynəlxalq tədirlərdə iştirak ediblər. Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxaq kusrda şəxsi heyətin iştirakı təmin edilib”, – o vurğulayıb.

Report