Müdafiə naziri Novruz bayramı münasibətilə ordumuzun şəxsi heyətini təbrik edib

İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib
Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib
Erməni silahlı bölmələri mayda atəşkəsi 2902 dəfə pozub

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə xəbər verir ki, nazir məktubda şəxsi heyətə ən səmimi təbriklərini çatdırıb, möhkəm cansağlığı, çətin və şərəfli xidmətdə uğurlar arzulayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan Novruz, yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Azərbaycan xalqı qədim zamanlardan müasir günümüzədək Novruz ənənələrini inamla qoruyub saxlayıb. Tariximizin ən sərt dönəmlərində belə xalqımızın Novruz bayramını özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd etməsi də xalqımızın öz milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin inamla davam etdirdiyi uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Respublika iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu sahəsində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb.

“Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı rəşadətli Ordumuzun başladığı və 44 günlük Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları zamanı 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində azad edildi. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və ordumuzun gücü sayəsində Zəfər qazandıq. Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm”, – deyə təbrik məktubunda vurğulanıb.

Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edildiyini məktubda qeyd edən general-polkovnik Zakir Həsənov onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşları, əziz veteranları bayram münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıb.