Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib
İngiltərədə Zəngəzur dəhlizi ilə bağlı kitab nəşr olunub

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.