Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
Məhərrəm Zülfüqarlı: Azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi olduqca vacibdir

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi də elan edilib.

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Bu inşa müsahibəsi də Prezidentin elan etdiyi “Nəsimi ili” tədbirlərinə töhfə kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, elan edilən müsabiqədə Şamaxın rayonun təhsil müəssisələrinin şagird və tələbələri iştirak edə bilərlər. Müsabiqənin şərtləri ilə yaxın günlərdə www.elkhan-suleymanov.az saytında məlumat veriləcək.

Xatırladaq ki, aprelin 22-dən etibarən Şamaxıda həmçinin, IX Sabir Qiraət Müsabiqəsinə start verilir. Bununla bağlı ətraflı xəbəri bu linkdən oxuya bilərsiniz – http://musavat.com/news/9-cu-sabir-qiraet-musabiqesine-start-verilir-elxan-suleymanovun-tesebbusu_605718.html

Musavat.com