Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib

Prezident Koreya Respublikasının Prezidenti yanında Komitənin sədrini qəbul edib
“Heydər Əliyev. Təltiflər” adlı miniatür kitabın təqdimat mərasimi keçirilib
Prezident Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.

Report.az