Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib

Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb
Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşüb

Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Açıq sualların olmasına baxmayaraq, sülh müqaviləsi prosesində bəlli irəliləyişlər də əldə edilib.

AZƏRTAC