Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın dəstəyi, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransın məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılıq irsini müasir nizamişünaslıq kontekstində araşdırmaq, şairin əsərlərinin Azərbaycan və dünya ədəbiyyatında, fəlsəfi-estetik fikirdə, tarix və mədəniyyətdə yerini yeni elmi yanaşmalar əsasında tədqiq etmək, bu sahədə aparılan araşdırmaların nəticələrini elmi ictimaiyyətlə bölüşmək və beynəlxalq elmi əməkdaşlığı genişləndirməkdir.

Müxbir – Elcan Məmmədov

AZƏRTAC