Novruz Məmmədov: Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
Bu gün Brüsseldə Aİ və “Şərq tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

 

 

Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır. Trend-in məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir: “Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. Ölkə ABŞ-ın antiterror əməliyyatına qoşulanlardan biri olub. Azərbaycan və ABŞ səmərəli əməkdaşlıq edirlər”.

Baş nazir vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi böyük enerji layihələri dünyanın enerji xəritəsini dəyişib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

O əlavə edib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir: “Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir. Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında ciddi vəzifələr qoyulub. Son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb”.

Baş nazir həmçinin qeyd edib ki, 25 ildən çoxdur ki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun erməni işğalı altında olması bu ərazidə beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.