Ölkəmiz Özbəkistanda Beynəlxalq Konqresdə təmsil olunur

Kəlbəcərin işğalı zamanı ermənilərin öldürdüyü 12 nəfərin meyitinin qalıqları aşkar edilib
Azərbaycan Prezidenti: Biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə əlaqədar 2018-ci il üçün İş planı təsdiq edilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub.

Konqres daha sonra plenar iclasla davam edib.

Beynəlxalq tədbir noyabrın 15-də başa çatacaq.

AZƏRTAC