Ombudsman: İnsan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olduqca zəruridir

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Füzuli və Cəbrayıla səfəri başlayıb
Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu daxili və xarici siyasət, habelə onun rəhbərliyi ilə insan hüquqları sahəsində həyata keçirilən ardıcıl islahatlar, qəbul edilən mühüm qərarlar insan hüquqlarına verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi göstərir. Bu tədbirlər demokratik prinsiplərin möhkəmlənməsinə, vətəndaşların layiqli həyat səviyyəsinin və nəticə etibarilə insan hüquqlarının səmərəli təmininə xidmət etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O bildirib ki, insan hüquqlarının qorunması sahəsində dövlət qurumlarının fəaliyyətinin, habelə qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi olduqca zəruridir. Belə ki, ombudsmanın həyata keçirdiyi fəaliyyət zamanı, xüsusilə də müraciətlərin araşdırılması və təhlili prosesində narahatlıq yaradan bəzi məsələlərin gələn ilin dövlət büdcəsində nəzərdə tutulmasına ehtiyac olduğu müəyyənləşib. Bu problemlərin həlli ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində aparılan hüquqi islahatlara dəstək verməklə yanaşı, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına mühüm töhfə verə bilər.

AZƏRTAC