Ötən həftə azad olunan torpaqlarda 770 hektar ərazi minalardan təmizlənib

Bakıda “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib
Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevirir

Azad olunan ərazilərdə dekabrın 16-22-dək 26 tank əleyhinə mina, 104 piyada əleyhinə mina, 304 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 770.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Report