Ötən il 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
Xankəndidə VII ADA Siyasi Forumu öz işinə başlayıb 
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.

Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib. Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

Report