Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi problemi BMT-nin İnsan Hüquqları Şurasının iclasında müzakirə edilib

Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır
Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib
Qüdrət Həsənquliyev: “AŞPA-nı fakt qarşısında qoyub ifşa etməliyik”

Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutun (GIWEH) təşəbbüsü ilə BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümumi debatlar sessiyasında müzakirəyə çıxarılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sessiyada Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noa Kurri bu barədə çıxış edib.

Qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükəyə və kritik vəziyyətə cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir, beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Rio Bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib.

Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

AZƏRTAC