Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var

AVCİYA Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treninqlərə başlayıb
Goranboy rayonunda XI-XII əsrə aid feodal qəsrinin divarları və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb
FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lərin bütövlükdə iqtisadi vəziyyəti Qərb ölkələri ilə müqayisədə aşağıdır. Amma buna baxmayaraq, ölkə mediası bütün çətinlikləri geridə qoyaraq bu il keçiriləcək parlament seçkilərini yaxından izləyir. Bu sırada print medianın özünəməxsus yeri var, çünki seçkilərlə bağlı fikir və mülahizələr ətraflı şəkildə qəzetlər vasitəsilə vətəndaşların diqqətinə çatdırılır. Parlament seçkilərinin keçirilməsinə qalan az vaxt ərzində ölkədəki media qurumları bu seçkilərə hansı tövhələr verəcəkləri hələki məlum deyil. KİV-lərin seçkilərə hazırlığı ilə bağlı bir neçə sualla avciaya.az saytı olaraq qəzetlərə müraciət etdik.
«Exo» qəzetinin baş redaktorunun birinci müavini Nair Əliyev bildirib ki, mətbu orqan ötən seçkilərdə olduğu kimi bu il keçirilən parlament seçkilərində də qanunvericilik çərçivəsində hərəkət edəcək. Onun sözlərinə görə, adi qaydada seçkiyə aid məlumatlara qəzetdə yer veriləcək: «Namizədlərin təbliğatının verilməsinə gəlincə, digər qəzetlərdə olduğu kimi bizim qəzetdə də belə materiallar veriləcək. Parlament seçkiləri ilə bağlı hansısa yeni layihələrin keçirilməsini planlaşdırmamışıq».
«Zerkalo» qəzetinin informasiya şöbəsinin müdiri Elçin Vəliyev bu il keçirilən parlament seçkilərində mövcud qanuvericiliyə uyğun işlər həyata keçriləcəyini qeyd edib. Onun sözlərinə görə, təbliğat kampaniyasına start verildikdən sonra namizədlər haqqında gedən materiallar balanslı şəkildə həyata keçiriləcək: «Eyni zamanda partiyalar, seçki blokları bağlı materiallar tam balanslı şəkildə qəzetdə dərc olunacaq. Bir məqamı da qeyd edim ki, hazırda «Zerkalo» qəzeti ilə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə birgə seçki ilə bağlı layihə həyata keçirir. Bu gün Azərbaycanda fəaliyyət göstərən digər qəzetlər kimi aktiv şəkildə parlament seçkiləri iəl bağlı prosesi yaxından izləyirik və fəallıq müşahidə edilir».
«Kaspiy» qəzetinin baş redaktorunun müavini Kənan Quluzadə bildirib ki, təmsil etdiyi qəzetdə seçkilərlə bağlı xəbərlərə və digər ümumi məlumatlar yer alacaq. Onun sözlərinə görə, parlament seçkiləri ilə bağlı qəzetlərində hansısa bir layihə reallaşdırılmayacaq: «Eyni zamanda namizədlərin təbliğat işində də iştirak etməyəcəyik. Demək olar ki, siyasi reklamlarla bağlı hazırlıqlar yoxdur, çünki qəzet bu prosesləri kənardan izləyək və iştirak etməyəcək».
«Bizim Yol» qəzetinin əməkdaşı Nemət Hüseynli digər qəzetlərdən fərqli olaraq, təmsil olunduğu mətbu orqanda parlament seçkiləri ilə bağlı yeni layihələrin olacağını vurğulayıb. Onun sözlərinə görə, təbliğat kampaniyası dövründə namizədliyi irəli sürülən vətəndaşların əhali ilə keçirdiyi görüşlər və bütövlükdə gördüyü işlər işıqlandırılacaq: «Bu iş əsasən paytaxt rayonlarında olacaq. Burada əsas məqsəd namizədlərin gördüyü işlərin əhaliyə verdikləri mesajlarla müqayisələrin aparılmasıdır. Hesab edirəm ki, belə reportajlar seçicilərin marağına səbəb olacaq».
N.Hüseynli həmçinin söyləyib ki, digər qəzetlərdə olduğu kimi «Bizim Yol» qəzetində də seçkiyə aid materillar üstünlük veriləcək. Onun sözlərinə görə, qəzet həmçinin namizədlərin təbliğatı ilə də məşğul olacaq.

P.S Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən digər KİV-lərində seçkilərə hazırlığı ilə bağlı mövqeyi avciya.az saytında davamlı olaraq yerləşdiriləcək.

AVCİYA.AZ