Parlament seçkilərində 25 442 nəfər elektron səsvermədə iştirak edib

Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib
Məzahir Pənahov: Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Sükut dəqiqəsi

“Parlament -2010” seçki monitorinqi koalisiyasının keçirdiyi elektron səsvermə başa çatıb. Koalisiyadan APA-ya verilən məlumata görə, saat 19.00-dək elektron səsvermədə ümumilikdə 25 442 nəfər iştirak edib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/