Parlament seçkilərində informasiya agentlikləri tərəfindən yeni layihələr start götürəcək

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
İntiqam Babayev: Gənclərimiz Qarabağın dirçəldilməsi prosesində iştirak etmək arzusundadırlar

Azərbaycanda indiyədək keçirilən 16 seçkinin 3-ü Milli Məclisə keçirilən seçkilər olub. Bu il parlamentə keçirilən 4-cü seçkilərdə medianın rolu ilkin dövrdə ekspertlər tərəfindən aktiv qiymətləndirilir. Həmçinin, eskpertlər seçkilərlə bağlı məlumatların daha operativ çatdırılacağını və bununda əsas səbəbi kimi KİV orqanlarında ötən dövrlə müqayisədə texniki imkanlarının yaxşılaşması ilə əlaqələndirilər. Ölkəmizdə operativ şəkildə xəbərlərin çatdırılmasında informasiya agentliklərinin xüsusi rolu var. Bu KİV orqanları parlament seçkilərinə necə hazırlaşırlar, oxucuları hansı yeniliklərlə tanış olacaqlar?
Azəri-Press Agentliyinin (APA) baş direktorunun birinci müavini Nurşən Quliyev avciya.az saytına açıqlamasında bildirib ki, informasiya agentliyi ölkədəki digər KİV-lər kimi aktiv şəkildə parlament seçkilərinə hazırlaşır. Onun sözlərinə görə, Azərbaycanın mövcüd qanunvericiliyinə uyğun olaraq, parlament seçkiləri ilə bağlı məlumatlara geniş yer veriləcək: «Həmçinin, deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyası dövründə agentlik yaxından iştirak edəcək. Beləki, istənilən namizədin təbliğatı siyasi reklam şəkilində oxuculara təqdim ediləcək. Bütün bu işlər qanunvericiliyin bizə verdiyi imkanlar çərçivəsində aparılacaq».
N.Quliyev həmçinin APA informasiya agentliyi tərəfindən parlament seçkiləri ilə bağlı yeni layihə olan deputat.az saytının yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) protokol və qərarları, deputatlığa namizədlərlə bağlı məlumatlar və bütövlükdə seçkiyə aid materiallar bu veb resursda yer alacaq. N.Quliyev infomasiya agentliyinin parlament seçkiləri ilə bağlı texniki və əməkdaşların fəaliyyəti baxımından tam hazır vəziyyətdə olduğunu vurğulayıb.
«Səs» İnfomasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev də xəbər agentliyinin parlament seçkilərinin işıqlandırlması istiqamətində hazırlıq işlərinin aparıldığını deyib. Onun sözlərinə görə, təbliğat və təşviqat kampaniyasına start verildikdən sonra Seçki Məcəlləsi, KİV haqqında Qanuna və digər müvafiq qanunlara uyğun olaraq işlər həyata keçiriləcək: «Seçki ilə bağlı materiallara yer vərilməklə yanaşı, deputatlığa namizədlərin təbliğat və təşviqat işlərinin aparılmasında da iştirak edəcəyik. Bununla əlaqədar olaraq infomasiya agentliyində müəyyən hazırlıqlar aparılır».
V.Vəliyev «Səs» İnformasiya Agentliyi parlament seçkiləri ilə bağlı yeni layihə həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hansı partiyanın və ya namizədin bu seçkilərdə daha çox seçicilər tərəfindən dəstəklənməsi ilə bağlı sorğu həyata keçiriləcək: «Bu heç də sorğu təşkilatlarının işi kimi olmayacaq. Burada əsas məqsədimiz seçicilərin rəyini öyrənməklə hansı namizədin daha şanslı olması ilə bağlı dəqiq proqnoz verməkdir. Bu sorğunun keçirilməsi ya təşviqat kampaniyası başlamaışdan öncə, ya da başlandıqdan sonra ola bilər. Sorğunun keçirilməsi ilə bağlı hələ konkret qərar qəbul edilməyib.
«Trend» İnfomasiya Agentliyindən bildiriblər ki, ötən seçkilərdə olduğu kimi bu il keçirilən parlament seçkilərində də agentlik avtiv fəaliyyət göstərəcək.

AVCİYA.AZ