Parlamentin sədri: Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb

Süni intellekt tibb işçilərinə kömək edəcək
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”ə start verilib

Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 25-də keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir.

“Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz COP29 konfransı ilə əlaqədar, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi, milli gündəliyimizin ön sıralarındadır, məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifah halı daha da yaxşılaşdırılır”, – deyə Sahibə Qafarova qeyd edib.

AZƏRTAC