Peter Duqlas: Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara cavab verir

VII Qlobal Bakı Forumu işə başlayır
VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb

Beynəlxalq müşahidəçi kimi Azərbaycanda parlament seçkilərini izləməkdən çox məmnunuq. İndiyədək bir neçə seçki məntəqəsində olmuşuq və heç bir qayda pozuntusu ilə rastlaşmamışıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qubada Milli Məclisə keçirilən seçkiləri izləyən Avropa Liberal Gənclər Təşkilatının (LYMEC) nümayəndəsi Peter Duqlas deyib.

O bildirib ki, seçkilər azad və şəffaf şəkildə keçirilir: “Deyə bilərəm ki, müşahidə etdiyimiz məntəqədə heç bir ədalətsizlik baş verməyib”.

Peter Duqlas onu da qeyd edib ki, seçki məntəqələrində seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün tədbirlər görülüb. “Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara cavab verir,” – deyə o əlavə edib.