Polşanın ilk təyyarəçi-kosmonavtı Bakıda səfərdədir

Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski Bakıda səfərdədir. İyun ayının 2-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Miroslav Hermaşevski ilə görüş olub. Mərkəzin baş direktoru polşalı kosmonavtı və onun həyat yoldaşını səmimiyyətlə salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. F.Babayev bildirib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsərlərini 50 dildə, o cümlədən polyak dilində dünya oxucularına çatdırır. Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabı da Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyasında polyak dilindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın tərcüməçiləri Sonya Piriyeva, Vüsalə Mustafayeva və Yelana Karetina, məsul redaktoru Fuad Babyevdir.

Sonra kosmonavtın Bakı Slavyan Universitetində görüşləri olub. Universitetin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev qonağı salamlayaraq, ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, BSU-da bir çox slavyan dilləri, o cümlədən də polyak dili tədris olunur. M.Hermaşevskinin universitetin Polyak dili Mərkəzində bu dili tədris edən müəllimlər və polyak dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşü də səmimi atmosferdə keçib. Qonağı polyak dilində salamlayan tələbələr kosmanavta həyat yolu, kosmosa uçuşu ilə bağlı suallar ünvanlayıblar. M.Hermaşevski Universitetdə keçirdiyi görüşlərdən, Polyak dili Mərkəzinin fəaliyyətindən keçirdiyi məmnunluqdan razılıqla bəhs edib.

Universitetin konfrans zalında tələbə-müəllim heyəti və tələbələrin iştirakı ilə Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabının Azərbaycan dilində təqdimatı olub. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Tərcümə Laboratoriyasında Azərbaycan dilinə çevrilən kitab barəsində BSU-nun rektoru Asif Hacıyev ətraflı danışıb. Kosmonavtın ömür yoluna həsr edilmiş klipin nümayişindən sonra M.Hermaşevski çıxış edib. Bakıya səfərindən duyduğu mənunluğu dilə gətirən polşalı qonaq, onu ölkəmizə dəvət edən və kitabının Bakıda çap etdirilməsi təşəbbüsünü irəli sürən və dəstəkləyən millət vəkili Elxan Süleymanova minnətdarlığını bildirib. Bakının gözəlliyindən və şəhərimizin inkişaf sürətindən danışan M.Hermaşevski, təqdim olunan kitab və kosmosa uçuşu barədə ətraflı məlumat verib. Sonda görüş iştirakçılarının suallarını cavablandıran M.Hermaşevski, kitablarını xatirə imzası ilə oxuculara bağışlayıb.

Qeyd edək ki, M.Hermaşevski səfər dövründə həmçinin “Azərkosmos” müəssisəsində, Şamaxı rayonunda olacaq, bu rayondakı rəsədxananın kollektivi ilə görüşəcək.