Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Ahıska Türk mədəniyyətinin etnik tipologiyası – Maarif, folklor və ədəbiyyat
Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olundu.