Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
İyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
Minsk qrupu həmsədrləri XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb

Avqustun 26-da Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət Evinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 1926-cı ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Ümumi sahəsi 8662 kvadratmetr olan dördmərtəbəli binada rəqs ansamblı, vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıb.

Mədəniyyət Evinin 2 hektar həyətyanı ərazisində abadlıq işləri həyata keçirilib, açıq havada istirahət guşələri salınıb.