Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib
Vüsal Hüseynov: “Miqrasiya Məcəlləsinə böyük dəyişikliklər ediləcək”
Fuad Axundov: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir

Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.

Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.