Prezidentin köməkçisi: “Azərbaycan 1 200 erməni hərbi qulluqçusunun meyitini qaytarıb”

Dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıblar
Məhərrəm Zülfüqarlı: Faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yaşamır
Məhərrəm Zülfüqarlı: “Fransa istəmir ki, Qarabağda ədalət bərpa olunsun”

“Azərbaycan Rusiya Federasiyasının sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”.

Bunu “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırarkən deyib.

Prezidentin köməkçisi bildirib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər:

“Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan, təqribən, 1 200 erməni hərbi qulluqçusunun meyitini erməni tərəfinə qaytarıb”.

Report