Prezidentin köməkçisi: “Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var”

Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

“Bu gün dünyada İslam dininə qarşı çirkin kampaniya aparılır. Müsəlman dövlətləri və xalqları terrorla eyniləşdirilir. Onların mədəniyyətləri və dəyərləri inkar olunur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna görə də Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var və hər şey aydındır. Sadəcə olaraq, bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər. Təbii ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Onların malik olduqları evlər dağıdılıb. Onların istiadə etdikləri məktəblər, məscidlər, xəstəxanalar məhv edilib”.

Ə.Həsənov vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür: “Misal üçün, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəniyyət və dini obyektlərinin dağıtmalarının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə də hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”.