Qədim Misir dövrünə aid Günəş məbədi tapılıb

AZƏRTAC

“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib
AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib
Misirli və alman arxeoloqlarından ibarət ekspedisiya “Mataria” açıq hava muzeyində Qədim Misir fironu və ilk ehramı inşa etdirən Xeopsun dövrünə aid Günəş məbədi tapıb.
AZƏRTAC xəbər verir ki, Qahirənin Heliopolis rayonunun yaxınlığında yerləşən bu məbəddə qazıntılar zamanı çoxlu sayda heykəllər də aşkarlanıb. Onların arasında məşhur Sfinks heykəlinin kiçik versiyaları da var. Bu artefaktlar 7 firon, o cümlədən II Ramzesin hakimiyyəti dövrünə – təqribən 3500-3000 il əvvələ addir. Məbəddə, həmçinin kahinlərin Ra – Günəş tanrısına ibadət zamanı keçirdikləri ayinlər üçün nəzərdə tutulan məkan da var. Bundan başqa, arxeoloqlar firon II Amenhotepin qranitdən yonulmuş heykəlinin ən müasir heykəltəraşlıq standartları səviyyəsində olduğunu bildiriblər.
Alimlərin ehtimalına görə, ehramların yerləşdiyi Gizadan Heliopolisə qədər olan ərazidə eramızdan əvvəl III minilliyə aid çoxlu sayda artefaktlar mövcuddur. Misir və alman arxeoloji ekspedisiyası onları üzə çıxarmaq üçün qazıntıları davam etdirir.

AZƏRTAC