Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib

Bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb
RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.