“Qərbi Azərbaycan irsi” kitabının təqdimatı və “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Firudin Qurbanov: Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır
2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib
Səkkiz min səkkiz yüz nəfərə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

28 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı və “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov çıxış edərək, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, “Qərbi Azərbaycan irsi” kitabında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, görkəmli şəxsiyyətləri və toponimləri barədə ətraflı məlumatların yer aldığını bildirib, bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb.

Tədbirin davamında Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Elnur Nəbiyev, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, hüquqşünas – mediator Natəvan Muradova, liseyin müəlliməsi Minarə Əhmədbəyli, Vedi rayonunun Şidli kənd icma sədri Zeynal Həsənov, dosent Fəxrəddin Əliyev, ziyalılar Namiq Heydərov və Yəhya Səfərov çıxış ediblər.

Natiqlər Qərbi Azərbaycanın tarix boyu ədalətsizliklərə məruz qalmasından, soydaşlarımızın doğma yurdlarından didərgin salınmasından danışıblar. Onlar “Qərbi Azərbaycana Qayıdış” ideyasının milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.