Qadınların seçkilərdə iştirakına maneə yalnız stereotiplərdir

“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib
SAMF Avropa Parlamenti məruzəçisinin erməni separatçılarına dəstəyini pisləyir

“ELS” Mustəqil Araşdırmalar Mərkəzi Gəncə şəhərində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb. Layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik ABŞ-ın Qadın Seçicilər Liqasıdır. Liqa bələdiyyələr və hökümət qurumları arasında münasibətləri tənzimləməklə seçkilərin ədalətli keçirilməsində mühüm rol oynayır. /2010-09/1283412998_els-shekil.jpg[/img]“ELS” Mustəqil Araşdırmalar Mərkəzi Gəncə şəhərində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb. Layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik ABŞ-ın Qadın Seçicilər Liqasıdır. Liqa bələdiyyələr və hökümət qurumları arasında münasibətləri tənzimləməklə seçkilərin ədalətli keçirilməsində mühüm rol oynayır.
“ELS” Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova giriş nitqində bildirib ki, Azərbaycan qadınlarının seçkilərdə aktiv iştirakı üçün heç bir hüquqi maneə yoxdur. Maneələr yalnız stereotiplər və qadınların passivliyidir. Bunu ölkə qadınları arasında 2010-cu ilin iyun-iyul aylarında “ELS” könüllüləri tərəfindən keçirilən sorğunun nəticələri də təsdiqləyir: “Lakin sevindirici haldır ki, 2010-cu ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəkləri barədə suala ümumilikdə 66,8% “Bəli” cavabını verib. Sorguda, həmçinin qadınların seçki orqanlarında təmsil olunmaq istəyib-istəmədikləri də soruşulub. Bu istəkdə olan qadınlar 9,2%, cavablandırmaqda çətinlik çəkənlər 11,3 % təşkil edib. Nəticə etibarilə görmək olar ki, seçkilərdə iştirak etməkdə tərəddüd edənlərə nisbətən hər 5-ci qadın cəmiyyətin fəal üzvüdür…”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Hafiz Namazov bildirib ki, komitə də seçkilərdə qadınların iştirakı istiqamətində regionlarda müxtəlif tədbirlər həyata keçirib: “Cari ilin iyul ayından başlayaraq respublikanın Bakı, Abşeron, Qusar, Cəlilabad, Zaqatala, İsmayıllı, Agstafa, Samux, Goyçay, Şirvan, Goranboy, Bərdə rayonlarında “XX əsrdə zorakılıq əleyhinə – əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda bələdiyyə üzvləri olan qadınlar, yerli özünüidarəetmə strukturlarının nümayəndələri və QHT-lərlə birgə görüşlər keçirmişik. Görüşlərdə, məişət zorakılıgı, o cümlədən, regionlarda qadınların ictimai fəallıgının artırılması, seçkilərə cəlb edilməsi, onların seçkilərdə iştirakları istiqamətində yerli icra hakimiyyəti və bələdiyyələr qarşısında duran vəzifələr, eləcə də mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilir…”
“Azərbaycanda demokratiyanın inkişafı: qadınların rolunun artırılması” mövzusunda cıxış edən “ABŞ-ın Seçıcı Qadınları Liqası”nın (Vaşınqton, ABŞ) proqram rəhbəri Zaida Arquedasın sözlərinə görə, qadınların siyasi həyatda və liderlik mövqelərində olmaması demokratiyaya kölgə salır. Siyasi məsələlərdə bərabər iştirak hökümətləri daha reprezentativ, etibarlı və şəffaf edir. Mükəmməl demokratiyanın əldə edilməsi qadınların və kişilərin balanslı şəkildə iştirakını tələb edir. Qadınlar, konstitusiyanın və sülh prosesinin bərqərar olunmasında əhəmiyyətli dəyişiklik edə bilərlər.
Gəncə şəhər İçra Hakimiyyətinin ictimai-siyası struktur bölməsinin müdiri Ruslan Qardaşov öz çıxışında dedi ki, 9 milyonluq Azərbaycan əhalisinin 52 %-nin qadınların payına düşməsi cəmiyyətdə aparıcı qüvvənin məhz onların üzərində olmasına yetərli əsasdır.
Müstəqil politoloq, fəlsəfə elmləri doktoru Ksandra Keyden Amerikada feminist hərəkatının yaranması və inkişafı tarixindən söhbət açdı, “Avropa Layihələri” Assosiasiyasının sədri Mariya Tençeva “Bolqariyanın siyasi-ictimai həyatında qadınların rolu”nun əhəmiyyətli dərəcədə yer tutdugunu bildirdi.
“Seçkilər bizə nə verir?” mövzusu ilə cıxış edən “Bələdiyyələrin fəaliyyətinin təbligi” İctimai Birliyinin sədri Vuqar Tofiqlinin sözlərinə görə, bələdiyyə seçkilərində ugur qazananların 26%-dən çoxunu qadınlar təşkil edir. Mövcud 1709 bələdiyyədən 302-nin sədri qadın seçılıb. Bu da öz növbəsində Azərbaycan qadınının cəmiyyətdə aparıcı qüvvəyə cevrilməsindən xəbər verir.
Tədbirdə həmçinin Qlobal Məsələlər Forumunun (Stemford, ABŞ) prezidenti Key Maksvel, “Qadınlar bələdiyyələrin inkişafı ugrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, İnsan Hüqüqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Demokratik Seçkilərə Dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, Gəncə və qərb bölgəsi rayonlarının fəal qadınları və KİV təmsilçiləri iştirak edirdilər.
Sonda konfrans iştirakşılarının Azərbaycan qadınlarına ünvanlanmış Gəncə bəyanatı qəbul edildi. Bəyanatda deyilir ki, Azərbaycan qadınları ilk növbədə səsvermə ilə baglı özünə inamsızlığı dəf etməli, ictimai-siyasi proseslərdə aktivlik göstərməli, öz hüquqlarını bilməli və bir vətəndaş olaraq onlardan istifadə etməlidir. Bundan basqa, siyasi proseslərdə iştirak etməli, potensial seçicilərə seçki prosesi, namizədlər, seçki bülleteni haqqında dolğun məlumat verilməsi prosesinin fəal iştirakçılarına çevrilməlidirlər. Onlar qanunvericilik siyasətinin təkmilləşdirilməsinə kömək etməklə öz ölkələrində demokratik fikrin inkişafına nail ola bilərlər. Dövlətin rəhbərlikdə təmsil olunacaq lider qadınlara daha çox ehtiyacı var.