“Qanlı kaha” kitabı dörd aya yaxın erməni əsirliyində qalan kənd sakinlərinin mühasirə həyatından bəhs edir

Hikmət Hacıyev: “Ermənistan XİN Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır”
Məhərrəm Zülfüqarlı: Maddi-mədəni irsə aid nə varsa ya onu məhv ediblər, ya da ən yaxşı halda onu saxtalaşdırıblar.
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər

Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, onun haqqında ya çox az bəhs olunub, ya da heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə baş verənlər də həmin hadisələrdən biridir.

AZƏRTAC xəbər verir ki, Elxan Salahovun “Qanlı kaha” sənədli-publisistik povestində işğal zamanı köməksiz vəziyyətdə qalıb mühasirəyə düşən 62 nəfər kənd sakininin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyatından söhbət açılır.

Kitab dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povestdə, həmçinin 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir.