Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb

Stiven Kalonzo Musyoka: Azərbaycanda seçkiqabağı mühit heyranedici dərəcədə sakitdir
XİN: “Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”
Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Report