Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb

Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb
Fuad Sadıqov: “Ölkədə aqrar siğortanın əhatə dairəsi kəskin artıb”
Erməni lobbisinin rusiyalı tarixçini cinayət məsuliyyətinə cəlb etmək cəhdi növbəti dəfə uğursuzluğa uğrayıb

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Report