Qarabağda yeni Milli Parkın yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir

AVCİYA prezidenti Elxan Süleymanov möhtəşəm qələbə münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib
Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi “Qarabağ – Azərbaycandır! Nida işarəsi!” sözlərini təkrar edib
Türkiyədə Azərbaycanın xarici işlər nazirinin də iştirakı ilə 5-ci üçtərəfli görüşü keçiriləcək

Qarabağ bölgəsi də biomüxtəlifliyin zənginliyi baxımından ölkəmizin çox unikal ərazilərindən biridir. İşğaldan azad olunan ərazilərimizdə yeni milli park yaradılacaq. Bu işlər artıq yekunlaşmaq üzrədir. Növbəti il biz bu milli parkın açılışını etməyi nəzərdə tutmuşuq.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Lənkəranda jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu milli park işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə edəcək. Nazir müavini xüsusilə qeyd edib ki, sözügedən ərazidə 4 dövlət təbiət yasaqlığı var – Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqları.

“İşğaldan azad edilmiş ərazilərimizdə iki – Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqları mövcuddur. Artıq bu qoruqların fəaliyyətinin bərpası ilə bağlı layihə işlənilir. Ağdərə, Xocalı, Şuşa və Kəlbəcər rayonlarının ərazisində yeni milli parkın yaradılması ilə bağlı yeni konsepsiya var və aidiyyəti dövlət qurumları ilə razılaşdırma ərəfəsindədir. 2025-ci ildə həmin ərazidə milli parkın yaradılmasından məqsəd nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin mühafizə olunmasıdır. Bu ilin sonuna kimi Azərbaycanın digər ərazilərində də iki milli parkın yaradılmasını planlaşdırmışıq. Bunun biri Alazan çayı – Acınohur – Bozdağ – Axar-Baxar silsiləsi ərazisində olacaq. Burada yeni parkın şərti adı Bozdağ Milli Parkı olacaq. İkincisi isə, İlusu Dövlət Təbiət Qoruğunun bazasında İlusu Milli Parkı yaradılacaq”, – deyə nazir müavini əlavə edib.

AZƏRTAC