Qaxın 10 seçki məntəqəsində “exit-poll” keçirilir

Hörmətli KIV təmsilçiləri!
Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb
AVCİYA müşahidəçilik institutunu tam formalaşdırıb

Milli Məclisə seçkilərlə əlaqədar 112 saylı Qax seçki dairəsinin 10 seçki məntəqəsində “exit-poll” təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Rəy” Monitorinq Mərkəzi tərəfindən keçirilən “exit-poll” dairənin Qax şəhərində yerləşən 7, 56 və 57 saylı, həmçinin Cəlayer kəndindəki 9, Ağçay kəndindəki 12, Qum kəndindəki 23, Güllük kəndindəki 30, Lələli kəndindəki 36, Şotavar kəndindəki 38 və Marsan kəndindəki 43 saylı seçki məntəqələrini əhatə edir.

Qax şəhərindəki 56 saylı seçki məntəqəsində təşkil olunan “exit-poll”da iştirak edən “Rəy” Monitorinq Mərkəzinin nümayəndəsi Ülvi Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində seçicilərin fəallığının yüksək olduğunu, sorğuda həvəslə iştirak etdiklərini bildirib.

Qeyd edək ki, 112 saylı Qax seçki dairəsi üzrə səsvermə 58 seçki məntəqəsində keçirilir. Seçicilərin ümumi sayı 42 min 870 nəfərdir. Dairə üzrə 9 namizəd qeydə alınıb. Səsvermənin gedişini 772 nəfər yerli, həmçinin beynəlxalq müşahidəçilər izləyirlər.