Referendum seçkilərini müşahidə etmiş Bolqarıstan qrupunun Birgə Bəyanatı

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışı olub
Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandunu təsdiqləyəcək

Milli Məclisin dəvətinə əsasən Bolqarıstan Respublikasının 40-cı Milli Assambleyası 15-19 mart 2009 tarixlərində Azərbaycana gəlib Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009 tarixində keçirilmiş referendum seçkilərini müşahidə etmək üçün Bolqarıstan Parlamenti üzvlərindən ibarət 8 nəfərlik qrup təyin etmişdir.

Bolqarıstan Parlamenti üzvlərindən ibarət müşahidə qrupu: Dimitar Qandev, Daut Osman, İvan İlçev, İvan Qrizanov, Yordan Yordanov, Nikola Prodanov, Petar Mratskov, Hüseyn Cəmil. Parlament üzvləri Bolqarıstan, Azərbaycan və Gürcüstan seçkilərini müşahidə təcrübəsinə malikdirlər. 2000, 2005 və 2006-cı il Azərbaycan Respublikası Parlament seçkiləri, 2003-cü il Prezident seçkiləri və 2004-cü il Bələdiyyə seçkilərində iştirak etmiş, Bolqarıstan Respublikası Prezidentinin nəzdində Əfv Departamentinin üzvü, cənab Daniel Stoyanov qanuni mütəxəssis missiyasının rəhbəri təyin edilmişdir.

Bolqarıstan nümayəndə heyəti 16 mart tarixində Bakının bir sıra küçələrində təşviqat qruplarının nümayəndələri ilə görüşüb söhbət aparmışdır. Nümayəndə heyəti insanlar arasında rahatlıqla kampaniya materiallarını paylaya bilən təşviqat qruplarının gənc üzvlərini (19-24 yaşlı oğlan və qızlar) müşahidə ediblər. Danışıqlarımızdan ortaya çıxdı ki, təşviqatçılar öz fəaliyyətləri zamanı təsir və ya hədə-qorxu cəhdləri ilə üzləşməmişlər. Bu, gənc nəslin Konstitusiyaya edilən əlavələrə marağını və ölkənin gələcək inkişafına etinasız olmadığını göstərir və söz azaldığı, demokratik nailiyyətin nümunəsi kimi vurğulanmalıdır.

16 mart tarixində Bolqarıstan nümayəndə heyəti Bolqarıstan səfiri cənab Vasil Kalinov ilə görüşdü. Cənab səfir onlara referendum qabağı Azərbaycan Respublikasının ictimai, iqtisadi və siyasi mühiti haqqında qısa məlumat vermiş və Azərbaycan Respublikasında olan son demokratik inkişaf barədə AŞ səfirlərinin müsbət rəyini vurğulamışdır.

Seçki günü 4 müşahidə qrupumuz Bakı və Bakı ətrafında 11 dairə üzrə (18, 19, 20, 21, 22, 24, 27, 28, 35, 36, 128) 104 məntəqədə müşahidə aparmışdır. Aşağıdakı bəyanat müşahidə qrupunun səsvermə prosesi ilə bağlı ümumiləşdirilmiş hesabatıdır.

Səsvermə gününün əvvəlində səsvermə fəallığı müvafiq olaraq aşağı olmuşdur, yəni saat 10:00-da təqribən 13% təşkil etmişdir, lakin gün ərzində seçicilər fəallaşdılar. Məsələn, saat 13:00 radələrində MnSK-larda səsvermə göstəricisinin 55%-ə çatdıığını müşahidə etdik. Çeki məntəqəsi bağlanarkən şəxsi müşahidələrimizə əsasən səsvermə göstəricisi 70-75 arasında idi. 18-35 yaşlı gənc seçicilərin iştirakı çoxluq təşkil edirdi. Bütün seçcilər göstərdilər ki, onlar əvvəlcədən səsvermə prosedurası və Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərlə tanış olublar. Bu məlumat MSK-nın referendumla bağlı məlumat kampaniyasına əsasən verilir və digər demokratik ölkələrə bir örnək olmalıdır. Avropa ölkələrində referendumla bağlı yüksək seçici fəallığına və bülletenlərin mürəkkəbliyinə baxmayaraq, məntəqələrin qabağında seçici kütləsi müşahidə edilməmişdir və hər bir seçici Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklərin lehinə və ya əleyhinə səs verə bilmişdir.

Seçki prosesini müzakirə etdiyimiz bütün yerli və xarici müşahidəçilər, müxtəlif təşviqat qrupları nümayəndələri və Məntəqə Seçki Komissiyasının üzvləri ümumi bir nəticəyə gəldilər ki, seçki normal və dinc şəraitdə keçmişdir. Qanun pozuntusu halları müşahidə edilməmişdir. Məntəqələrin ətrafı çox sakit olmuş; gərginlik müşahidə edilməmişdir. Məntəqə Seçki Komissiyalarının üzvləri qanun çərçivəsində öz funksiyalarını lazımınca yerinə yetirib və vəzifələrini heç bir gərginlik olmadan əminlik həyata keçiriblər.

İzlənilmiş bütün seçki məntəqələrində səsvermə vaxtında başlamış və təşkilati işlərdə heç bir maneə və qanun pozuntusu müşahidə olunmamışdır. Hər yerdə səsvermə otaqları Seçki Məcəlləsinin tələblərinə və mükəmməl demokratik təcrübəyə uyğun olaraq səsvermənin aparılması üçün lazımi şəraitlə təmin olunmuşdur. O da xüsusilə qeyd olunmalıdır ki, hər bir məntəqədə təşkil edilmiş 8-12 səsvermə kabinası səsvermə prosesini daha da yüngülləşdirmişdir. Səsvermə otaqlarında yerləşdirilmiş xəbərdarlıq lövhələrində tələb olunan bütün hüquqi məlumatlar qeyd olunmuşdu. Səsvermənin təşkilatı və gedişatı ümumilikdə 75% əla, müşahidə olunmuş səsvermə yerlərinin 15%-də isə çox yaxşı qiymətləndirilmişdir.

Səsverməyə gələnlərdən başqa seçki məntəqələrində və onların yaxınlığında hüquq mühafizə orqanlarının heç bir nümayəndəsi olmamışdır. Yerli baş rəsmilərin nəzarəti və onların seçicilərə təsir etməsi barədə məlumat qeydə alınmamışdır.

Seçicilərin adlarının yoxlanması Seçki Məcəlləsinin müddəalarına müvafiq olaraq həyata keçirilmişdir. Bütün seçki məntəqələri lazımi texniki avadanlıqla təchiz olunmuşdu. 2005-ci ildə yaradılmış seçicilərin baş barmağının mürəkkəbə batırılması proseduruna ciddi riayət olunmuşdur. Məntəqə Seçki Komissiyasının üzvləri öz funksiyalarına ciddi əməl ediblər. Bülletenlər kəsilmiş və seçicilərin baş barmağı mürəkkəbə batırılmışdır. Beləliklə, seçki prosesi seçicilərin barmağının mürəkkəbə batırılması, hər bir bülletenin xüsusi sayının təminatı və təkrar səsvermənin qarşısı alınmaqla təşkil olunmuşdur. Səsvermə zamanı MnSK üzvlərinin və digər şəxslərin seçicilərin məxfiliyinə qarışmaq və ya başqa sözlə desək, seçicilərin səsverməsini izləmək cəhdləri barədə heç bir məlumat daxil olmamışdır. Xüsusilə onu da qeyd etməliyik ki, 20 saylı dairənin 7 və 10 saylı məntəqələri; 21saylı dairənin 8 və 9 saylı məntəqələri; 27 saylı dairənin 2 saylı məntəqəsi; 35 saylı dairənin 1 və 3 saylı məntəqələrində səsvermənin təşkili və həyata keçirilməsi Avropa və ABŞ daxil olmaqla bir çox ölkələrə örnək ola bilər.

Müşahidəçilərimizə tam əməkdaşlığa icazə verilmişdir, yəni onların hüquqlarının yerinə yetirilməsinə heç bir maneə olmamış və səfər etdikləri MnSK-ların üzvləri və sədrləri onların müşahidəsinə tam şərait yaratmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, KİV seçki gününün işıqlandırılmasına yüksək maraq göstərmişdir, belə ki, bizim müşahidə qrupumuz AZTV, ATV, LİDER, İnternet xəbər agentlikləri və radio stansiyalarına səsvermə barədə təəsüratları ilə bağlı müsahibə veriblər.

Nəticələr:

Bizim fikrimizcə, ümumxalq səsverməsi (referendum) Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinin tələblərinə əsasən AB və AŞPA-ya üzv ölkələrin gözəl demokratik təcrübəsi, demokratik dəyərlər və beynəlxalq standartlara uyğun şəkildə keçirilmişdir. Səsvermə sakit və normal atmosferdə keçirilmişdir. O, Azərbaycan Hökumətinin Azərbaycan xalqının azad fikrini ifadə etməsini və onların Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərin lehinə və ya əleyhinə seçimini təmin etmək gücünü sübut edir. Azad, ədalətli və demokratik səsvermənin keçirilməsində hüquqi, prosedural və təşkilati xüsusiyyətə kifayət qədər sübutlar mövcuddur və səsvermənin son nəticələri ilə bağlı ölkənin demokratik inkişafına doğru Azərbaycan xalqının azad və qərarverici istəyinin olmasına heç bir şübhə yoxdur.