Referendumda “exit-poll” keçirmək istəyən təşkilatlar qeydə alındı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!
Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların qeydə alınması məsələsinə baxılıb.
Trend-in məlumatına görə, MSK sədrinin müavini Natik Məmmədov bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar araşdırılıb. O qeyd edib ki, müraciət edən təşkilatlardan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirmək sahəsində lazımi təcrübəyə malikdirlər.
N.Məmmədov bildirib ki, həmin təşkilatların qeydə alınması üçün kifayət qədər əsaslar var.
Daha sonra məsələ səsverməyə qoyulub və müraciət edən təşkilatlar “exit-poll” keçirmək üçün MSK tərəfindən qeydə alınıb.
“Exit-poll” keçirmək üçün müraciət edən Rəy Monitorinq Mərkəzinin qeydə alınması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.
Qeyd edək ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində 400 seçki məntəqəsində, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində “exit-poll” keçirəcək.
Trend: